Venesuelanın dövlət aviaşirkəti Conviasa iyunun 16-dan Havana ilə Moskva arasında müntəzəm birbaşa sərnişin reysləri açmağı planlaşdırır.
Bu barədə TASS aviaşirkətin “Twitter”dəki mesajına istinadən məlumat yayıb.
Havanadan ilk uçuş yerli vaxtla saat 23:00-da (17 iyun Moskva vaxtı ilə 06:00) baş tutacaq. Təyyarə Rusiyanın paytaxtına iyunun 17-də Moskva vaxtı ilə saat 18:30-da enməlidir, Moskvadan Havanaya geri dönüş reysi Moskva vaxtı ilə saat 21:30-a planlaşdırılıb.
Bu marşrut üzrə uçuşların tezliyi barədə məlumat verilmir. Biletin qiyməti baqajın sinfindən və miqdarından asılı olaraq 3886 dollardan başlayır.
2021-ci ilin ortalarından etibarən Venesuela şirkəti iki həftədə bir dəfə Karakas və Moskva arasında birbaşa sərnişin reysləri həyata keçirir.

