23/07/2026

OnePlus ilk qatlanan smartfonunu təqdim etməyə hazırlaşır

OnePlus ilk qatlanan smartfonunu 2023-cü ilin avqustunda təqdim etməyə hazırlaşır.

Bu barədə Pricebaba portalı məlumat yayıb.

Şirkət cihazı cari ilin avqustunda OnePlus 11 smartfonunun təqdimatı zamanı elan edib. Lakin o zaman istehsalçı qarşıdan gələn qadcet haqqında təfərrüatları dəqiqləşdirməyib.

Mənbənin sözlərinə görə, OnePlus Fold-un təqdimatı avqustun birinci yarısında Nyu-Yorkda baş tutacaq. Bu, smartfonun dərhal qlobal bazara çıxarılacağından xəbər verir.

Şayiələrə görə, OnePlus Fold, Samsung Galaxy Z Fold və digər analoqları kimi kitab formatında hazırlanacaq. Smartfon QHD+ təsvir ölçülü 8 düymlük əsas OLED ekran və FHD+ təsvir ölçülü 6,5 düym diaqonallı xarici OLED displey alacaq. Bu halda, hər iki ekran 120 Hz yeniləmə sürətini dəstəkləyəcək. Yenilik Snapdragon 8 Gen 2 çipi, 16 GB operativ yaddaş və 512 GB ROM ilə təchiz olunacaq. Həmçinin, smartfon 80 Vt doldurma ilə 4800 mAh batareya ilə hesablanır.

Mənbə: haberler.com

Oxşar xəbərlər