Alimlər kosmosa səyahətin insan beyninə yeni təsiri aşkar ediblər.
Bu barədə Florida Universiteti məlumat yayıb.
Rachel Seidler və onun həmkarları MRT-dən istifadə edərək astronavtların beynini skan edib və onun şöbələrinin strukturunu araşdırıblar. Kosmosa uçuşdan əvvəl və sonra müşahidələr aparıldı, tədqiq edilən 30 astronavtdan səkkizi iki həftəlik, 18-i altı aylıq missiyalarda, dördü isə təxminən bir il kosmosda olub. Ən azı altı ay davam edən uzun missiyaları yerinə yetirənlərdə beynin mədəciklərinin əhəmiyyətli dərəcədə genişləndiyi ortaya çıxdı.
Professor Seydler deyir: “Biz gördük ki, insanlar kosmosda nə qədər çox vaxt keçirsələr, mədəcikləri bir o qədər böyüyür”. “Bir çox astronavt kosmosa bir dəfədən çox uçur və araşdırmamız göstərir ki, mədəcikləri tam bərpa etmək üçün uçuşlar arasında təxminən üç il vaxt lazımdır”.
Mənbə: AA

