23/07/2026

Yaponiya və Ukrayna liderləri danışıqlar aparacaq

Yaponiyanın baş naziri Fumio Kişida iyunun 9-da Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparmaq niyyətindədir.

Bu barədə Kyodo agentliyi məlumat yayıb.

Mətbuatın yazdığına görə, bu məsələ hələ də müzakirə olunur. Kişidanın Zelenski ilə Kaxovka su elektrik stansiyasının bəndinin dağıdılmasından sonra Yaponiyanın Ukraynaya humanitar yardım göstərməsi məsələsini müzakirə edəcəyi gözlənilir.

İyunun 6-na keçən gecə Xerson vilayətində Novaya Kaxovka yaxınlığında Kaxovskaya su elektrik stansiyasının yuxarı hissəsi dağılıb. Onlarla yaşayış məntəqəsi, o cümlədən Xerson və Yeni Kaxovka su altında qalmağa başlayıb.

Rusiya və Ukrayna bir-birini bəndi dağıtmaqda ittiham edir. Qəzanın “köhnə zədə” səbəbindən baş verdiyi versiyası da var. “Ukrhidroenerqo” şirkəti bildirib ki, stansiya tamamilə dağılıb və onu bərpa etmək mümkün deyil.

Mənbə: BBC

Oxşar xəbərlər