Avropa İttifaqı (Aİ) ölkələri mayeləşdirilmiş təbii qazın (LNG) birgə alınması üzrə ilk müqavilələri imzalayıb. Söhbət bu növ sazişlər çərçivəsində 11,6 milyard kubmetr yanacağın alınmasından gedir, Avropa Komissiyasının (AK) rəhbərinin müavini Maros Şefçoviç TASS-a istinadən bildirir.
Eyni zamanda, yanacağın birgə alınması üzrə ilk müqavilələrin razılaşdırılması prosedurunda təkcə Aİ ölkələri deyil, həm də alyans tərəfdaşları, o cümlədən Serbiya, Ukrayna və Moldova iştirak edib. Tenderdə təklif 13,5 milyard kubmetr LNG təşkil edib. Onun sözlərinə görə, AK hazırda oxşar yanacaq alımı üçün ikinci tender hazırlayır.
“Birgə satınalmalar çərçivəsində ilk müqavilələrin imzalandığını bildirməkdən məmnunam. Biz birincinin təcrübəsini nəzərə alaraq keçirəcəyimiz ikinci tenderi hazırlayırıq və yeni müqavilələrin imzalanmasını gözləyirik. Satınalmada iştirak edən Aİ ölkələri, eləcə də tərəfdaşlar – Serbiya, Moldova və Ukrayna 11,6 milyard kubmetr üçün təkliflər təqdim ediblər, tenderdə təklif 13,5 milyard kubmetr təşkil edib”, – Şevçoviç brifinqdə çıxışı zamanı yekunlaşdırıb.
Mənbə: TASS

