Tokionun Haneda hava limanında fövqəladə hadisədən sonra uçuş-enmə zolağının işi bərpa edilib.
Bu barədə Kyodo News xəbər verir.
Bundan əvvəl Yaponiyada hava limanı bağlanmazdan əvvəl Tayvanın EVA və Thai Airways aviaşirkətlərinin təyyarələri Tokio Haneda hava limanında uçuş-enmə zolağında bir-birinə çırpılmışdı.
Müəyyən edilib ki, Thai Airways-in göyərtəsində 260 nəfər, Tayvanın EVA aviaşirkətində 200 nəfər olub.
Hava limanında baş verən insident nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.
Mənbə: Reuters

