Oppo və OnePlus-dan sonra Vivo, Nokia-nın məhkəmə iddiasına görə Almaniyada rəsmi internet saytını bağladı və smartfon satışını dayandırdı.
GSMArena portalı buna diqqət çəkib.
Qeyd olunur ki, apreldə məhkəmə “Vivo” tərəfindən patentləri pozulan “Nokia”nın xeyrinə qərar çıxarıb. Daha əvvəl eyni səbəbdən BBK-nın digər iki alt brendi Oppo və OnePlus müvəqqəti olaraq Almaniya bazarını tərk etmək məcburiyyətində qalmışdılar.
Vivo heç bir xəbərdarlıq etmədən rəsmi internet saytını deaktiv etmək qərarına gəldi və bu, şirkətin smartfonlarını Almaniyada almağı qeyri-mümkün etdi. Brendin saytında deyilir ki, Vivo cihazlarını hazırda almaq mümkün deyil, lakin smartfon sahibləri hələ də proqram yeniləmələrini ala və şirkətin xidmət mərkəzləri ilə əlaqə saxlaya biləcəklər.
Mənbə: Autotech

