26/06/2026

Çin nümayəndəsi Cənubi Koreya Xarici İşlər Nazirliyinə çağırılıb

Cənubi Koreya Xarici İşlər Nazirliyi Çinin Seul-Vaşinqton münasibətləri ilə bağlı bəyanatlarına etiraz etmək üçün yüksək səviyyəli Çin nümayəndəsini çağırıb.

Younhap bu barədə yazır.

Günün əvvəlində xarici işlər nazirinin birinci müavini Çanq Ho Cin Çin səfiri Xing Haiming-i çağırıb və səfirin “əsassız və təxribat xarakterli” ifadələrinə qarşı “ciddi xəbərdarlıq” edib.

Bundan əvvəl Çin səfiri Cənubi Koreyanın ABŞ-la diplomatik əlaqələrindən narazılığını bildirib. Qeyd olunur ki, səfir Seulu “vahid Çin” siyasətinə sadiq qalmağa çağırıb. O əlavə edib ki, Pekin və Seul arasında münasibətlər son vaxtlar xarici problemlərlə üzləşib.

Mənbə: BBC

Oxşar xəbərlər