ABŞ prezidentliyinə namizəd Donald Tramp iyunun 13-də – məxfi sənədlərlə bağlı Mayami məhkəməsində göründüyü gün öz seçki kampaniyası üçün 2 milyon dollar toplamaq niyyətindədir.
Bu barədə “Politico” məlumat yayıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, pul yığımı məhkəmədən bir neçə saat sonra siyasətçinin Nyu-Cersi ştatının Bedminster şəhərindəki qolf klubunda baş tutacaq. Nəşrin məlumatına görə, tədbir iddialar məlum olmamışdan xeyli əvvəl hazırlanırmış.
Nəşrin məlumatına görə, ən azı 100 min dollar ianə verən Tramp tərəfdarları siyasətçi ilə şam işığında keçirilən özəl şam yeməyində iştirak edə biləcəklər. Daha az təklif edənlər eks-prezidentlə şəkil çəkdirə və VİP qəbulda iştirak edə biləcəklər.
Daha əvvəl siyasətçinin vəkili Alina Xabba bildirib ki, Tramp gizli sənədlərlə bağlı ona qarşı federal ittihamlar irəli sürüldükdən sonra özünü təqsirli hesab etmir, bu səbəbdən də istintaqla sövdələşməyə getməyəcək.
Mənbə: AA

