Yeddi Aİ ölkəsi blokun xarici siyasət və təhlükəsizlik məsələləri ilə bağlı qərar qəbuletmə mexanizmində dəyişiklik etməyə çağırıb.
Belə bir müraciət Almaniya, Belçika, Hollandiya, İspaniya, Rumıniya, Sloveniya və Lüksemburqun xarici işlər nazirləri tərəfindən Politico nəşrində dərc olunub.
Bu ölkələrin fikrincə, yekdil qərarın hazırkı tələbi Aİ-nin hərəkətlərini “ləngidir”. Onlar qərarların qəbulunda çoxluq qaydasından daha tez-tez istifadə etmək istəyirlər ki, “institutlar effektiv fəaliyyət göstərsin”.
“Aİ-nin xarici siyasətində qərarların böyük əksəriyyəti yekdilliyi tələb edir ki, bu da bəzi hallarda bizim fəaliyyət qabiliyyətimizi ləngidə bilər”, – bəyanatda deyilir.
Xüsusən də XİN rəhbərləri digər dövlətlərin qərar qəbul etməsinə imkan yaratmaq üçün əleyhinə səs verməkdənsə, “konstruktiv bitərəf” metodundan daha tez-tez istifadə etməyi təklif edirlər.
Keçən ilin oktyabrında Xarici Əlaqələr Şurası Ukrayna ordusu üçün Aİ-nin yeni təlim missiyasına səs verəndə biz “konstruktiv bitərəfliyin” nə qədər təsirli ola biləcəyini gördük.
Mənbə: Haber Global

