“Liverpul”un keçmiş futbolçusu Stiven Cerrard Səudiyyə Ərəbistanı Premyer Liqasından kluba rəhbərlik edə bilər.
Bu barədə RMC Sport məlumat yayıb.
Mənbənin məlumatına görə, Cerrardın xidmətində “Əl-İttifaq” maraqlıdır.
Xatırladaq ki, ingilis mütəxəssisin son iş yeri Aston Villa olub. O, 2022-ci ilin oktyabrında klubdan qovulub. Bundan əvvəl Stiven Reyncersdə çalışıb. Mətbuat onun “Kristal Pelas”ın baş məşqçisi ola biləcəyini yazıb.
Mənbə: Sport.ru

