26/06/2026

Bloomberg İsveçin NATO-ya daxil olmaq perspektivlərini qiymətləndirib

Türkiyənin Şimali Atlantika Alyansı ilə Stokholm arasında iyunun 14-də keçiriləcək məsləhətləşmələrdə İsveçin NATO-ya üzv olmaq ərizəsini çətin ki, təsdiq etsin.

Bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.

Agentliyin məlumatına görə, İsveçin iyunun 1-dən qüvvəyə minmiş terrorizm haqqında qanuna düzəlişlərin NATO-ya qoşulma prosesini sürətləndirməyə kömək edəcəyinə ümid etməsinə baxmayaraq, Türkiyə hakimiyyəti hələlik müvafiq ərizəni təsdiqləməyə hazır deyil.

Agentlik qeyd edir ki, Ankaranın fikrincə, Stokholm ilk növbədə “anti-Türkiyə etirazlarının qarşısını almaq və ya dağıtmaq üçün terrorla bağlı yeni qanununu tam şəkildə həyata keçirməlidir”.

Bir gün əvvəl Türkiyənin “Rodina” partiyasının rəhbəri Doğu Perinçək demişdi ki, Türkiyə İsveçin Şimali Atlantika Alyansına daxil olmasına veto qoymalıdır. Siyasətçi NATO-nun genişlənməsi prosesini Türkiyə üçün təhlükə adlandırıb.

Oxşar xəbərlər