ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, ABŞ Ukraynaya 325 milyon dollarlıq yeni silah və hərbi texnika paketi verəcək.
Söhbət “kritik” hava hücumundan müdafiə sistemlərindən, HIMARS reaktiv yaylım atəş sistemləri üçün əlavə sursatlardan, artilleriya mərmilərindən, tank əleyhinə sistemlərdən və zirehli texnikadan getdiyi aydınlaşır.
Bundan əvvəl Kanadanın baş naziri Castin Trüdo Kiyevə 500 milyon Kanada dolları (375 milyon dollar) məbləğində hərbi yardım göstəriləcəyini açıqlamışdı.
Trüdo Kanadanın Ukrayna qırıcı pilotlarının hazırlanmasında iştirak edəcəyini də bildirib.
Mənbə: Reuters

