Mali prezidenti Putinə zəng edib

Rusiya Prezidenti Vladimir Putin Mali Respublikasının Keçid Dövrünün prezidenti Assimi Qoita ilə telefon danışığı aparıb, Kremlin mətbuat xidməti xəbər verir.

Söhbət Malinin təşəbbüsü ilə baş tutub.

Həmsöhbətlər ticarət-iqtisadi əlaqələrə xüsusi diqqət yetirərək, qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.

Xüsusilə, Maliyə Rusiya buğdası, gübrə və yanacağın tədarükünü müzakirə ediblər.

“Assimi Qoita göstərilən humanitar yardıma, habelə təhlükəsizliyin təmin edilməsinə, terror təhlükəsinin neytrallaşdırılmasına və bütün Malidə vəziyyətin sabitləşdirilməsinə köməklik göstərdiyinə görə Vladimir Putinə təşəkkür edib”, – Kreml bildirib.

Oxşar xəbərlər