Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruni, Roma Papası Fransisk qarında əməliyyatdan sonra yaxın günlərdə evə buraxılacaq.
Bu barədə RİA Novosti məlumat yayıb.
“Tibb işçiləri bildirirlər ki, kliniki kurs normal gedir, fəsadsızdır və buna görə də yaxın günlərdə evə buraxılması planlaşdırılır”, – Vatikan sözçüsü bildirib.
Bruninin sözlərinə görə, Papa işləyir və nahardan əvvəl xəstəxana palatasının kapellasında dua edib.
Daha əvvəl Bruni bildirmişdi ki, Papa I Fransiskin laparotomiyadan sonra sağalması yaxşı gedir.

