Bill Qeyts Çinə getdi

Microsoft-un qurucusu Bill Qeyts 2019-cu ildən bəri ilk dəfə olaraq Qeyts Fondunun iştirakı ilə yeni xeyriyyə proqramlarını müzakirə etmək üçün Çinə gəlib.

O, bu barədə Twitter-də məlumat verib.

“Mən 2019-cu ildən bəri ilk dəfə Pekində endim və burada qlobal sağlamlıq problemlərini aradan qaldırmaq üçün 15 ildir Qeyts Fondu ilə işləyən tərəfdaşlarla birlikdə olmaqdan xoşbəxtəm” dedi amerikalı milyarder.

Onun sözlərinə görə, xeyriyyəçi həmkarları uşaq ölümü və yoxsulluqla mübarizədə irəliləyiş əldə ediblər. “Lakin qlobal böhranlar bizi hədəflərimizə çatmaqda geriyə atdı” dedi iş adamı.

Qeyts əlavə edib ki, Çin iqlim dəyişikliyi ilə mübarizədə, tibbi xidmət və qidaya çıxışın təmin edilməsində böyük təcrübəyə malikdir. “Bütün bu irəliləyişlərin dünyada mümkün olan ən geniş kütlə üçün əlçatan olması zəruridir” dedi.

Mənbə: Haber Global

Oxşar xəbərlər