Kosovonun şimalında vəziyyətin deeskalasiyası olmadan Aİ-nin yardımı ilə Belqrad və Priştina arasında dialoq prosesini davam etdirmək mümkün deyil.
Euractiv xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Xosep Borrell Kosovonun baş naziri Albin Kurtiyə cavab məktubunda bildirib.
O, daha əvvəl Kurtinin təklif etdiyi sülh planını tənqid edib. “Biz böhranın idarə olunması ilə məşğul olarkən münasibətlərin normallaşdırılmasında irəliləyiş əldə edə bilmərik. Aİ və ABŞ normallaşmaya böyük sərmayə qoyublar və biz bunun necə inkişaf etdiyini görmək istəyirik”, o yazıb.
Borrell qeyd edib ki, Kurtinin planında “cari böhrana səbəb olan əsas elementlər” yer almır və Priştinanı vəziyyəti həll etmək üçün daha qəti addımlar atmağa çağırıb.
Xüsusilə, Aİ və ABŞ regionun şimalındakı bələdiyyə obyektləri ətrafında polis əməliyyatlarının dayandırılmasında, həmçinin dörd bələdiyyədə erkən yerli seçkilərin təyin edilməsində israrlıdır.
“Yalnız Kosovonun şimalında sülh və sabitliyin bərqərar olmasından sonra biz normallaşmaya diqqət yetirə bilərik”, – Borrell yazıb.
Mənbə: BBC

