19/06/2026

Hollandiya Avropanın ən böyük qaz yatağını bağlamaq niyyətindədir

Hollandiya 1 oktyabr tarixinə qədər nəhayət Avropanın ən böyük qaz yatağının Xroninqendə bağlanmasını planlaşdırır.

TASS xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.

Agentliyin məlumatına görə, bu qərarı ölkə hökuməti qəbul edib.

Bloomberg qeyd edir ki, ölkənin şimal-şərqində yerləşən Qroningen yatağının bağlanması gələn qış ərəfəsində qaz təchizatını məhdudlaşdıra bilər.

Hollandiya hökumətinin nümayəndəsinin sözlərinə görə, Nazirlər Kabineti iyun ayı ərzində rəsmi qərar qəbul edəcək.

Oktyabr ayına qədər yataqdan hazırda sınaq rejimində işlədiyi üçün 2,8 milyard kubmetrdən artıq qaz hasil edilməyəcək. Agentlik mənbələri bildiriblər ki, enerji böhranı və ya çox soyuq qış olacağı təqdirdə yataq gələcəkdə yenidən açıla bilər. Onlar vurğulayıblar ki, quyuların yenidən açılması iki həftəyə yaxın vaxt aparacaq.

Oxşar xəbərlər