PSJ-nin Enrike ilə ilkin müqaviləsinin təfərrüatları məlum olub

İspan mütəxəssis Luis Enrikenin Paris Saint-Germain ilə müqaviləsinin ilkin təfərrüatları açıqlanıb.

L’Équipe-nin məlumatına görə, 53 yaşlı məşqçi daha bir il uzadılmaq şərti ilə iki illik müqavilə imzalayacaq.

Paris Saint-Germain-i ötən mövsüm fransalı Kristof Qaltye çalışdırıb. Onun rəhbərliyi altında parislilər Fransa çempionu olmaqla yanaşı, Fransa Superkubokunun da sahibi olublar.

Çempionlar Liqasında PSJ ümumi hesabda Bayern Münhenə uduzaraq 1/8 final mərhələsində mübarizədən kənarlaşdırılıb.

Oxşar xəbərlər