The Guardian yazıb ki, Şimali Atlantik Okeanının səthinin temperaturu son 42 ilin ən yüksək temperaturuna çatıb.
Şimali Atlantik Okeanının səthinin temperaturu ilə bağlı peyk müşahidələrinin 1981-ci ildə başladığı bildirilir. Nəşrin məlumatına görə, 2023-cü ilin mart ayının ilk həftəsindən temperatur anomaliyalarının sayı rekord həddə yüksəlib.
2023-cü ilin iyun ayında dəniz səthinin temperaturu əvvəlki maksimumlardan 0,5°C yüksək olub. Qeyd olunur ki, bir qayda olaraq, orta sutkalıq səthin temperaturu avqustun sonunda pik həddinə çatır.
Mənbə: A haber

