Belarus prezidenti Aleksandr Lukaşenko Qərb dövlətlərinin Ukraynada silahlı münaqişə başa çatdıqdan sonra belə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrini tək qoymayacaqları fikrini bildirib.
TASS xəbər verir ki, bunu siyasətçi KTMT-yə üzv ölkələrin xarici işlər nazirləri ilə görüşündə deyib.
“Biz başa düşməliyik ki, onlar bizə təzyiq edəcəklər. Ukraynadakı bu münaqişə sona çatsa belə, onlar yenə də bizi geridə qoymayacaqlar”, – deyən Lukaşenka “hərəkətlərimizin proqnozunu deyil, ilk növbədə iqtisadiyyatda plan hazırlamağa” çağırıb.
Belarus lideri vurğulayıb ki, dünyada mövcud vəziyyət onu göstərir ki, KTMT ölkələri bir yerdə qalmalıdırlar.
Lukaşenko bir müddət əvvəl “Rossiya 1” telekanalına müsahibəsində Qərbin prezident Vladimir Putini küncə sıxışdıracağı təqdirdə Rusiyanın nüvə silahından istifadə edəcəyini bildirmişdi.
