26/06/2026

Macarıstanın xarici işlər naziri Kulebanın iddialarına cavab verib

Macarıstanın “Duna” telekanalı xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Sijarto Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Zakarpat əsilli 11 hərbi əsirinin Budapeştə köçürülməsi ilə bağlı ittihamlarını “yalan” adlandırıb.

Onun sözlərinə görə məhbuslar Macarıstan hökumətinin iştirakı olmadan Rus Pravoslav Kilsəsi ilə Malta Xeyriyyə Xidmətinin qarşılıqlı əlaqəsi nəticəsində azad ediliblər.

Bundan əvvəl Avropa Komissiyasının xarici işlər və təhlükəsizlik siyasəti üzrə sözçüsü Peter Stano Macarıstanı Rusiyada ukraynalı hərbi əsirlərin azad edilməsində iştirakını və bu vəziyyətlə bağlı Ukrayna hakimiyyəti ilə əlaqə saxlamasını izah etməyə çağırıb.

Mənbə: Sputnik

Oxşar xəbərlər