“Android” əməliyyat sisteminə cavabdeh olan “Google” tərtibatçıları istifadə edilmədikdə mikrofonun aktivliyinin göstəricisinə gətirib çıxaran səhvin olduğunu təsdiqləyiblər.
Əvvəllər bu xətaya görə istifadəçilər “WhatsApp” messencerindən istifadə edərək izlənildiklərini düşünürdülər.
“Məhdud sayda WhatsApp istifadəçisinə təsir edən son Android səhvi Android məxfilik panelində səhv göstəricilər və bildirişlərlə nəticələndi. İstifadəçilər artıq bu problemi həll etmək üçün öz WhatsApp tətbiqini yeniləyə bilərlər”, – Android proqramçılarının mesajında deyilir.
İlk dəfə bu xəta WhatsApp-ın ona casusluq etməsindən şikayət edən Twitter istifadəçisinin mesajından məlum olub – guya messencer istifadəçi yatarkən və ondan istifadə etmədikdə mikrofonu işə salıb. Tezliklə Elon Musk da tənqidlərə qoşularaq yazırdı: “WhatsApp-a etibar etmək olmaz”.
Mənbə: Autotech

