Bitkoinin qiyməti 30.000 dolları keçib

Çərşənbə günü ticarət sessiyası zamanı bitkoin 26 aprel 2023-cü ildən bəri ilk dəfə 30.000 dolları ötüb.

Bunu Coindesk platformasının məlumatları sübut edir.

Qeyd olunur ki, bitkoin 11,13% bahalaşaraq 30,17 min dollar olub. Bundan əvvəl bitkoin aprelin 26-da 30.000 dolları ötmüşdü.

Martın 18-də məlumat verilmişdi ki, şənbə günü ticarət sessiyası zamanı bitkoinin 10%-dən çox artaraq 27,472 min dollar olub.

Mənbə: Bloomberg

Oxşar xəbərlər