ABŞ Sahil Mühafizəsi Atlantik Okeanında “Titan” sualtı gəmisinin yoxa çıxması ilə bağlı rəsmi araşdırmaya başlayıb.
RİA “Novosti” xəbər verir ki, bu barədə Sahil Mühafizəsi nümayəndələrinin keçirdiyi mətbuat konfransında deyilir.
Kontr-admiral Con Maugerin sözlərinə görə, Sahil Mühafizəsi rəsmi olaraq batiskafın itməsi və gəmidə olan 5 nəfərin ölüm səbəblərini araşdırmaq üçün komissiya yaradıb. İstintaq komissiyasına kapitan Ceyson Noybauer rəhbərlik edəcək.
Noybauerin özünün dediyinə görə, araşdırmanın nəticələrinə görə komissiya hakimiyyət orqanlarına “mülki və ya cinayət məhdudiyyətləri” tətbiq etməyi tövsiyə edə bilər. İstintaq digər məsələlərlə yanaşı, hadisənin konkret səbəbkarlarını müəyyən etməlidir.
Mənbə: RİA Novosti

