27/06/2026

ABŞ və Almaniya Ukrayna münaqişəsini müzakirə ediblər

Pentaqon bildirib ki, ABŞ müdafiə naziri Lloyd Ostin Almaniyanın müdafiə naziri Boris Pistorius ilə görüşdə Ukrayna münaqişəsi, Kiyevə hərbi yardım və NATO-nun şərq blokunun gücləndirilməsi məsələlərini müzakirə edib.

Bu barədə RİA Novosti məlumat yayıb.

“İki lider Ukraynanın işğalını müzakirə ediblər. Nazir Ostin Almaniyanın Ukraynaya əhəmiyyətli dəstəyinə görə nazir Pistorusa təşəkkür edib”, – Pentaqondan bildiriblər.

Onlar vurğulayıblar ki, ABŞ və Almaniya müdafiə nazirliklərinin rəhbərləri həmçinin Almaniyanın NATO-nun şərq blokunun güclənməsinə dəstəyini, o cümlədən Almaniya ərazisinə qoşun yerləşdirməkdə ABŞ-a və alyansın özünə yardımı müzakirə ediblər.

Bundan əvvəl Pentaqonun sözçüsü Patrik Rayder bildirmişdi ki, Hollandiya və Danimarka yalnız ukraynalı pilotlara F-16 qırıcıları üzərində təlim keçməyə başlamağı planlaşdırır və təyyarələrin tədarükü vaxtı barədə danışmaq hələ tezdir.

Mənbə: RİA Novosti

Oxşar xəbərlər