ABŞ Konqresinin Büdcə İdarəsi bildirib ki, ölkənin cəmiyyətin ixtiyarında olan dövlət borcunun məbləği 2053-cü ilə qədər ölkənin ÜDM-nin 181%-nə yüksələcək, halbuki 2023-cü ildə ÜDM-in 98%-i proqnozlaşdırılır.
Bu barədə “Reuters” ABŞ Konqresinin Büdcə Bürosunun proqnozuna istinadən xəbər verir.
“2023-cü ilin sonuna qədər cəmiyyətin əlində olan federal borc ÜDM-in 98%-ni təşkil edəcək”, – proqnozda deyilir.
Sənədə əsasən, borc sonradan ÜDM-ə nisbətdə artaraq, 2029-cu ildə tarixi maksimumu keçərək, ÜDM-in 107%-nə çatacaq və 2053-cü ilə qədər ÜDM-in 181%-nə yaxınlaşacaq.
Konqresin Büdcə Ofisinin məlumatına görə, borc yükünün bu artımı iqtisadiyyatı yavaşlatmaqla, ölkənin xarici borc sahiblərinə faiz ödənişlərini artırmaqla təhdid edir, həmçinin ABŞ-ın fiskal və iqtisadi perspektivi üçün böyük risklər yaradır.
Mənbə: Reuters

