evralın əvvəlində ABŞ üzərində uçan Çin şarı məlumat toplamaq üçün təkcə Çin deyil, həm də Amerika avadanlıqlarından istifadə edib.
Təhqiqatın nəticələrini Ağ Evin adlarını açıqlamayan nümayəndələrinə istinadən The Wall Street Journal (WSJ) nəşri yazır.
Qəzet qeyd edir ki, ABŞ-ın bir neçə müdafiə və kəşfiyyat qurumu Federal Təhqiqat Bürosu ilə birlikdə endirilən şarın qalıqlarını təhlil edib. Təhlillərə əsasən, qurğu təkcə Çin sensorları ilə deyil, həm də ABŞ istehsalı olan cihazlarla təchiz edilib. Nəşrin məlumatına görə, onlardan bəzilərini onlayn almaq olar.
The Wall Street Journal-ın həmsöhbətləri bildirirlər ki, Çin hava şarı foto və video çəkilişləri həyata keçirib, həmçinin Pekinə ötürülmək üçün başqa məlumatlar toplayıb. Mütəxəssislər belə qənaətə gəliblər ki, bu cihaz Çinin əvvəllər bəyan etdiyi kimi havanı müşahidə etmək üçün deyil, kəşfiyyat məqsədləri üçün nəzərdə tutulub.
Mənbə: haberler.com

