08/06/2026

Rusiya Federasiyasının Ciddədəki konsulluğu ABŞ diplomatik missiyasına hücumdan sonra təhlükəsizlik tədbirləri barədə danışıb

ABŞ-ın həmin şəhərdəki diplomatik nümayəndəliyinə silahlı hücumdan sonra Rusiya Federasiyasının Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki Baş Konsulluğunda təhlükəsizlik tədbirləri gücləndirilib.

Bu barədə TASS-a Rusiya konsulluğundan məlumat verilib.

Diplomatik nümayəndəliyin məlumatına görə, hücum zamanı rusiyalı diplomatlar xəsarət almayıb, buna baxmayaraq, təhlükəsizlik tədbirləri gücləndirilib. Agentlikdən bildirilib ki, Baş Konsulluğun perimetrində nəzarət edən bütün növbətçilərə daha ayıq-sayıq olmaq və şübhəli məqamlara diqqət yetirmək tapşırılıb.

Səudiyyə rəsmiləri də vəziyyətə təhlükəsizlik tədbirlərini gücləndirməklə cavab verib. TASS-ın mənbəsinin məlumatına görə, hazırda Rusiya Baş Konsulluğu silahlı mühafizəçilərin stasionar postundan əlavə, iki patrul polis maşını ilə mühafizə olunur.

Qeyd edək ki, iyunun 28-də naməlum silahlı şəxs ABŞ-ın Ciddədəki konsulluğuna hücum edib.

Oxşar xəbərlər