Əldə edilən görüntülər “Şimal axını”nı pozmaq üçün partlayıcı maddələrin istifadəsini təkzib etdi

Amerikanın “The Grayzone” internet portalı yazır ki, Rusiyanın “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinə hücum etmək üçün böyük həcmdə partlayıcıdan istifadə etmək lazım deyildi. Əvəzində boru kəmərlərində yüksək təzyiq təxribatda əsas rol oynadı.

Avropada çoxsaylı araşdırmalara baxmayaraq, ölkələr tərəfindən heç bir insident hesabatı təqdim edilməyib. Bununla belə, jurnalistlər partlayış yerinə ekspedisiyaya rəhbərlik edən isveçli mühəndis Erik Anderssonun çəkdiyi fotoşəkilləri əldə edə biliblər.

Bu görüntülər 2022-ci ilin sentyabrında qaz kəmərlərini məhv etmək üçün yüzlərlə kiloqram partlayıcıdan istifadə edildiyinə dair geniş yayılmış nəzəriyyəni təkzib edir.

Mütəxəssislər hesab edirlər ki, boru kəmərlərinə əsas ziyan partlayışlar deyil, həddindən artıq yüksək təzyiqin kəskin şəkildə buraxılması nəticəsində baş verib.

Mənbə: Gazeta.ru

Oxşar xəbərlər