Priqojinin üsyanına görə alman kəşfiyyatı araşdırır

Hələ çərşənbə axşamı Almaniya Federal Kəşfiyyat Xidməti (BND) ötən həftə Yevgeni Priqojinin şəxsi hərbi şirkəti “Vaqner”in silahlı üsyan cəhdi barədə kəşfiyyat xidmətinin məlumatsızlığına görə daxili auditə başlayıb.

Bu barədə “Spiegel” öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, çərşənbə axşamı, iyunun 27-də BND-nin Berlindəki baş qərargahında onlar məlumatlılığın səviyyəsini, eləcə də Almaniyaya dost dövlətlərin kəşfiyyat xidmətlərindən alınan bütün məlumatları yoxlamağı əmr ediblər.

Nəşr vurğulayır ki, idarədə daxili audit alman kəşfiyyatının üsyanın başlamasından cəmi bir gün sonra Rusiyadakı hadisələrlə bağlı hesabatını təqdim etməsi ilə bağlıdır. Öz növbəsində, onların ABŞ-dan olan həmkarlarının bir neçə gün əvvəldən mümkün hadisələr barədə məlumat verdiyi iddia edilir.

Mənbə: Lenta.ru

Oxşar xəbərlər