Çin Kommunist Partiyası Panq Qonşenqi Çin Xalq Bankının (Mərkəzi Bank) partiya katibi təyin etmək qərarına gəlib.
Bu barədə dövlət saytında məlumat verilib.
Bundan əvvəl bu vəzifəni Quo Şuqinq icra edirdi, Panq Qonqşenq onun müavini idi. Hazırda Çin Mərkəzi Bankının rəhbəri postunu tutan Yi Qanq partiya komitəsi katibinin müavini vəzifəsindən də uzaqlaşdırılıb.
Bundan əvvəl Çin Xalq Bankı partiya komitəsinin iclasının yekunlarına dair bəyanatında ABŞ və Qərb ölkələrinin təzyiqlərinə layiqincə cavab vermək lazım olduğunu bildirmişdi.
Çin Mərkəzi Bankının bəyanatında deyilir: “ABŞ və Qərbin təhdid və təzyiqlərinə düzgün cavab vermək lazımdır”.
Mənbə: Bloomberg

