Samsung Galaxy A71 smartfonlarının displeylərində təsadüfi olaraq ağ şaquli xətlər görünməyə başladı.
Bu barədə “GizmoChina” nəşri məlumat yayıb.
Ən azı bir istifadəçinin problemlə üzləşdiyi qeyd olunur. O, Twitter-də Galaxy A71 ekran qüsurundan şikayətlənib və sözlərini sübut etmək üçün fotolar əlavə edib.
“Dostum heç bir şey etmədən bu səhər Galaxy A71-də ağ zolaq aldı. O, yuxudan oyandı və telefonunda bu qüsuru gördü”, – deyə Twitter istifadəçisi Dipayan Ray yazıb.
Mənbə: Haberler.com

