İyunun 30-da Moldova paytaxtının hava limanında baş vermiş insidentin bütün hallarını aydınlaşdırmaq üçün Tacikistanın hüquq-mühafizə orqanlarının nümayəndələri və Moldovada Tacikistanı da maraqlandıran bu ölkənin Ukraynadakı səfirliyinin yüksək vəzifəli şəxsləri Kişinyova gəliblər.
Bu barədə RİA Novosti-yə Tacikistan Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin rəhbəri Şoxin Səmədi məlumat verib.
Səmədinin sözlərinə görə, Tacikistan vətəndaşı, 42 yaşlı Rüstəm Aşurovun açdığı hava limanında atışma ilə bağlı ölkəsinin nümayəndələri moldovalı həmkarları ilə əlaqə saxlayırlar.
O qeyd edib ki, Aşurov iyunun 24-də baş vermiş Tacikistanın “Orienbank” sədrinin birinci müavini Şuxrat İsmatullayevin oğurlanmasında iştirak edən mütəşəkkil cinayətkar dəstənin üzvlərindən biridir.
Mənbə: RİA Novosti

