Almaniya və Polşa Ukraynaya tədarük edilən Leopard tankları üçün Polşada təmir mərkəzinin yaradılması ilə bağlı yekun razılığa gələ bilməyiblər.
Bu barədə Almaniyanın “Der Spiegel” jurnalı mənbələrə istinadən məlumat yayıb.
“Hərbi sənayedən olan insayderlərin fikrincə, Almaniya-Polşa tank layihəsi hələ irəliləməyib. Bunun əvəzinə Berlin və Varşava birgə müəssisə strukturunun detalları üzərində amansızcasına mübahisə edirlər.
Jurnalın yazdığına görə, müqavilə layihəsi bir neçə gün ərzində ortaya çıxsa da, ötən həftənin sonunda müxtəlif mübahisəli məqamlara görə sənəd imzalanmayıb.
Mənbə: Haber Global

