MAPPA studiyası “Attack on Titan” animesinin final epizodunun ikinci hissəsinin tizerini dərc edib.
Anime Expo 2023 festivalı zamanı nümayiş olunan video YouTube-da yayımlanıb.
Populyar serialın finalının dəqiq buraxılış tarixi hazırda məlum deyil, lakin 2023-cü ilin payızına planlaşdırılıb.
“Titana hücum”un süjeti nəhəng adamyeyənlərdən – titanlardan qorunmaq üçün nəhəng divarla əhatə olunmuş şəhərin həyatı ətrafında qurulub. Şəhər nəhəng canlıların sirrini açmağa və dinc əhalini qorumağa çalışan xüsusi titan məhv edənlər komandası tərəfindən təhlükədən qorunur.
Anime Hajime İsayamanın yazdığı və təsvir etdiyi eyni adlı post-apokaliptik manqanın uyğunlaşdırılmasıdır. Şounun debütü 2013-cü ildə baş tutub və hazırda 88 seriyadan ibarətdir.
Mənbə: haberler.com

