08/06/2026

İsveçrə məktəblərin bərpası üçün Ukraynaya 6 milyon dollardan çox vəsait ayırıb

İsveçrə hökuməti Ukraynada məktəblərin bərpası üçün təxminən 6,1 milyon dollar ayırmaq qərarına gəlib.

Bu barədə TASS məlumat yayıb.

“İsveçrənin təhsil sahəsində bu dəstəyi fevral ayında Federal Şura tərəfindən elan edilmiş və parlament tərəfindən təsdiqlənmiş Ukraynaya 140 milyon frank (təxminən 155 milyon dollar) yardım planının bir hissəsidir”, – hökumət bildirib.

Vəsait 30-a yaxın məktəbin bərpası və inkişafı üçün nəzərdə tutulub.

Bundan əvvəl İsveçrə Federal Şurası yerli dövlət müdafiə şirkəti Ruag-ın Ukraynaya təhvil verilməsi üçün nəzərdə tutulan Almaniyanın Rheinmetall konserninə 96 Leopard 1 A5 tankı satmaq tələbini təmin etməyib.

Mənbə: TASS

Oxşar xəbərlər