27/06/2026

ABŞ amerikalıları Çinə səfər etməkdən çəkinməyə çağırıb

ABŞ Dövlət Departamenti amerikalıları mümkünsə Çinə səfər etməməyə çağırıb.

Bu barədə idarənin saytında bildirilir.

Müvafiq tövsiyə iyulun 3-də verilib və o, səyahətçilər üçün məsləhətlərin yenilənmiş siyahısına daxil edilib.

Dövlət Departamentinin məlumatına görə, xəbərdarlıq “yerli qanunların, o cümlədən səyahət qadağaları ilə bağlı özbaşına tətbiq edilməsi və qanunsuz həbs riski” ilə bağlıdır.

ABŞ rəsmiləri öz vətəndaşlarını materik Çinə və Makao və Honq Konqun Xüsusi İnzibati Bölgələrinə (SAR) səfər edərkən ehtiyatlı olmağa çağırır.

Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirmişdi ki, ABŞ Çinin təhdid mifindən silahlanmanı genişləndirmək və hərbi hegemonluğunu saxlamaq üçün bəhanə kimi istifadə edir. Belə ki, o, MKİ rəhbəri Uilyam Börnsin ÇXR-in “2027-ci ilə qədər Tayvana nəzarətin yaradılması üzrə əməliyyat keçirmək” planları barədə bəyanatını şərh edib.

Mənbə: Haber Global

Oxşar xəbərlər