20/06/2026

Azərbaycan nefti cüzi bahalaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.

İctimai.az xəbər verir ki, Azərbaycan neftinin bir bareli ötən günlə müqayisədə 0,52% və ya 0,41 dollar artaraq 79,59 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.

Oxşar xəbərlər