Britaniyalı jurnalistlər Assanja görə ABŞ hakimiyyətinin təzyiqindən şikayətləniblər

Britaniya jurnalistləri ABŞ Ədliyyə Nazirliyi və FTB-nin WikiLeaks-in qurucusu Culian Assancın işində onun əleyhinə ifadə vermək üçün təzyiqindən narazıdırlar.

Bu barədə BBC yazır.

Məqalədə deyilir: “ABŞ Ədliyyə Departamenti və FTB bir neçə britaniyalı jurnalistə Assanc işi ilə bağlı əməkdaşlıq etmək üçün təzyiq edir.

Jurnalistlərin fikrincə, idarələr qeyri-müəyyən təhdidlər və təzyiq taktikalarından istifadə edirlər, lakin bu, vəziyyəti daha da gərginləşdirir.

Materialda göstərilir ki, 2021-ci ilin sonundan bəri Britaniya media işçilərinə tez-tez polisdən zənglər edilib, onlardan “Assanc işi ilə bağlı danışmağa” və ifadə verməyə çağırılıb.

Mənbə: BBC

 

Oxşar xəbərlər