18/07/2026

Zukerberq 11 ildən sonra ilk tvitini yazıb

Amerikanın Meta şirkətinin rəhbəri Mark Zukerberq öz Twitter səhifəsində ilk mesajını 11 il sonra çərşənbə günü dərc edib.

Zukerberq iki Hörümçək-adam personajının bir-birinə işarə etdiyi məşhur internet meminin fotosunu yayımlayıb. Bu yazı Threads tətbiqinin işə salınmasından qısa müddət sonra yerləşdirilib.

İyunun 22-də Meta-nın CEO-su Mark Zukerberq, Meta-nın rəqib Twitter xidmətini işə salmaq niyyəti ilə bağlı şayiələr yayıldıqdan sonra Twitter-in sahibi İlon Maskla mübahisəni dueldə həll etməyə razılaşdı. İş adamları döyüşü Las-Veqasda keçirməyə razılaşıblar. Lakin İlon Maskın anası Mey Mask daha sonra oğlunun Zukerberqlə döyüşünü ləğv etdiyini açıqlayıb. Bununla belə, UFC prezidenti Dana Uayt hesab edir ki, döyüş hələ də baş tutacaq və tarixdə ən populyar döyüşə çevriləcək.

Mənbə: haberler.com

Oxşar xəbərlər