20/06/2026

Səudiyyə Ərəbistanı neftin yuanla satılmadığını deyir

Səudiyyə Ərəbistanı neft satır və neft məhsulları ilə bütün əməliyyatları yalnız dollarla həyata keçirir. “İnterfaks” xəbər verir ki, bunu “Saudi Aramco” neft şirkətinin prezidenti Amin Nasser bildirib.

Jurnalistlərin yuanla ödənişlərə keçmək mümkün olub-olmaması ilə bağlı sualına Nasser “Hər şey dollarla ifadə olunub” dedi.

O əlavə edib ki, son vaxtlar neft tədarükünün həcmi artıb. Rusiya tərəfinin Asiyaya tədarükünü artırdığını nəzərə alan Səudiyyə Ərəbistanı Avropaya ixracın həcmini artırmaq qərarına gəlib. Məsələn, bir müddət əvvəl Polşanın PKN şirkəti ilə müqavilə imzalanıb.

Mənbə: “İnterfaks”

Oxşar xəbərlər