“The Wall Street Journal” mənbələrə istinadən yazır ki, Bolqarıstan yarımçıq qalmış Belene AES-in avadanlıqlarını Ukraynanın “Enerqoatom” şirkətinə təxminən 650 milyon dollara satmaq niyyətindədir.
Nəşr qeyd edir ki, bu sövdələşmə hazırda danışıqlar mərhələsindədir və onun şərtləri ondan ibarətdir ki, Sofiya dövlət enerji şirkəti NEK tikintisi başa çatmamış Belene AES-in avadanlıqlarını Ukraynanın Enerqoatom dövlət nüvə şirkətinə təxminən 650 milyon dollara satacaq.
Bundan əvvəl Bolqarıstan və Ukraynanın Energetika Nazirliyinin rəhbərləri Rosen Xristov və German Qaluşenko Aİ Şurasının Stokholmda keçirilən qeyri-rəsmi iclasında iki ölkə arasında nüvə enerjisi sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Mənbə: The Wall Street Journal

