Polşa Ordusunun Baş Komandanlığı Belarusla sərhəddə hərbi kontingentin gücləndirildiyini açıqlayıb. Bu barədə TASS məlumat yayıb.
“Biz Şərqi Polşada mövcudluğumuzu gücləndiririk! 12-ci mexanikləşdirilmiş briqada və 17-ci mexanikləşdirilmiş briqadadan 1000 nəfərlik hərbi qulluqçu və 200-ə yaxın texnika Polşanın şərqinə hərəkət edəcək”, – məlumatda deyilir.
Bundan əvvəl Polşa Daxili İşlər və Administrasiya Nazirliyinin rəhbəri Mariuş Kaminski bildirmişdi ki, Polşa Belarusla sərhədi qorumaq üçün 500 polisdən ibarət qrup göndərib. O qeyd edib ki, onlar 5 min sərhədçi və sərhədi qoruyan 2 min əsgərə qoşulacaqlar.

