Bayden ailəsi ilə birlikdə çimərlikdə günəş vannası qəbul edərkən lentə alınıb

ABŞ prezidenti Co Bayden həyat yoldaşı Cil və 22 yaşlı nəvəsi Finneqanla birlikdə Delaver ştatında ictimai çimərlikdə digər tətilçilər arasında görüntülənib. Bu barədə Britaniyanın Daily Mail qəzeti məlumat yayıb.

Nəşr Amerika prezidentini əks etdirən bir neçə foto və video yayımlayıb.

Bayden günəş kürsüsündə oturub, kitab oxuyub, qazlı su içib və maykasını çıxararaq günəş vannası qəbul edib.

Mənbə: Daily Mail qəzeti

Oxşar xəbərlər