Amerikanın Intel şirkəti Next Unit of Computing (NUC) seriyasından olan mini-kompüterləri daha da buraxmaqdan imtina etdi. Bu barədə VideoСardz portalı məlumat yayıb.
Sənəddə deyilir: “Biz Next Unit of Compute (NUC) biznesinə birbaşa sərmayəni dayandırmaq və ekosistem tərəfdaşlarımıza NUC innovasiyalarını davam etdirmək və inkişaf etdirmək imkanı vermək üçün strategiyamızı dəyişdirmək qərarına gəldik”. Şirkət nümayəndələri tərəfdaşlara müvafiq bəyanat göndəriblər.
Intel əmin etdi ki, bu qərar Intel daxilindəki Client Computing Group (CCG) və Network and Edge Computing (NEX) kimi digər bölmələrə təsir etməyəcək.
Mənbə: VideoСardz portalı

