27/06/2026

Çin NATO-nun adının dəyişdirilməsini təklif edir

NATO-nun Vilnüs sammitinin yekunlarından sonra Çinin “Global Times” qəzeti alyansın adının dəyişdirilərək Şimali Atlantika Bandit Təşkilatı adlandırılmasını təklif edib.

Məqalə müəlliflərinin fikrincə, ABŞ Şimali Atlantika Alyansındakı müttəfiqlərini manipulyasiya edir və regional münaqişələri qızışdırır, onlar özləri isə onları uzaqdan seyr edir, ona görə də NATO-nun adı dəyişdirilərək Şimali Atlantika Bandit Təşkilatı adlandırılmalıdır.

“ABŞ-ın rəhbərlik etdiyi blok qanqster dairəsinin əsl mahiyyətini gizlətmək üçün tez-tez “beynəlxalq təşkilat” terminindən istifadə edir. Bundan əlavə, Birləşmiş Ştatlar bu dəstənin lideri olaraq, münaqişələri qızışdırmaq üçün öz köməkçiləri ilə manipulyasiya etməyə üstünlük verir”, – nəşr yazır.

Mənbə: Global Times

Oxşar xəbərlər