Birləşmiş Ştatlar Tayvandan istismardan çıxarılan HAWK raketlərini almaq və müdafiə yardımı paketi çərçivəsində onları Ukraynaya göndərmək niyyətindədir.
Bu barədə Tayvanın “China Times” qəzeti anonim mənbələrə istinadən yazır.
ABŞ əvvəllər Tayvana satdığı istismardan çıxarılan HAWK raketlərini geri almağı və onları Ukraynaya yönləndirməyi planlaşdırır.
Nəşrin məlumatına görə, iki ölkənin hakimiyyət orqanları 2022-ci ildə yüksək rütbəli təhlükəsizlik rəsmiləri ilə məsləhətləşmələrdən sonra alışa razılaşıblar.
Məqalədə qeyd edilir ki, belə bir transfer ABŞ administrasiyası tərəfindən daha əvvəl elan edilmiş 2,1 milyard dollarlıq hərbi yardım paketinin bir hissəsi kimi həyata keçirilməlidir.
Mənbə: Haberler.com

