2024-cü ildə Fransada enerji tarifləri qalxanlarının dayandırılması ilə əlaqədar olaraq ilk dəfə olaraq dövlət xərclərinin azaldılması planlaşdırılır.
Bu barədə İqtisadiyyat və Maliyyə Nazirliyinin ilkin sənədinə istinadən France-Presse agentliyi məlumat yayıb.
Beləliklə, 2024-cü ildə müxtəlif dövlət tapşırıqları üçün ayrılan vəsait 356 milyard avro təşkil edir. Bu, 2023-cü illə müqayisədə 4,8 milyard avro azdır. Azalma elektrik enerjisi və qaz üçün tarif qoruyucularının tədricən dayandırılması ilə izah olunur.
Bundan əvvəl xəbər verilmişdi ki, Böyük Britaniya Müdafiə Nazirliyi büdcəyə qənaət etmək üçün idarənin mövcud şəxsi heyətini 5% azaltmağı planlaşdırır. Bu, iki-üç min adamın işdən çıxarılmasına səbəb olacaq. Həmçinin hərbi idarə yeni işçilərin qəbulunu müvəqqəti dayandırmaq niyyətindədir. Bu tədbirlər ölkənin silahlı qüvvələrində maaşların artırılmasına səbəb olmalıdır.
Mənbə: Bloomberg

