Çin texnologiya portalı MyDrivers iPhone 15, 15 Plus, 15 Pro və 15 Pro Max smartfonlarının yeni tərtibatlarını dərc edib ki, bu smartfonların Apple tərəfindən bu payızda rəsmi elan edilərək təqdim olunması gözlənilir.
Nəşr edilən şəkillərə görə, yeni məhsulların bütün çeşidi görünüşcə 2022 Pro xəttinə bənzəyəcək. Həmçinin, fotoları paylaşan insayderlər təsdiqləyiblər ki, maketlərdə şarj üçün Lightning əvəzinə USB-C portu var.
Eyni zamanda, cihazın sol tərəfindəki klassik səssiz açarı iPhone 15 Pro və 15 Pro Max-da yox olacaq. Pro xəttində o, vibrasiyaya cavab verən düymə ilə əvəz olunacaq.
Mənbə: Lenta.ru

